image-2000x150px
image-fotojet-2021-12-14t193951-198backend

Prezident Zəngəzur dəhlizindən danışdı

image-728x90px

“Zəngəzur dəhlizi ilə bağlı bir məsələyə toxunmaq istərdim. Edilən təklif, yəni kommunikasiya xəttinin açılması üçtərəfli bəyanatda öz əksini tapıb”.

Doğru.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

“Bu, artıq öhdəlikdir ki, Ermənistan bütün lazımi şəraiti yaratsın. Düzdür, bu, son il ərzində bu sahədə irəliləyiş əldə eləmək heç də asan olmayıb. Biz artıq dəmiryolu əlaqəsinin Azərbaycandan Ermənistan ərazisindən keçərək Naxçıvana çəkilməsi ilə bağlı razılığa gəldik. Bir razılıq da avtomobil yolunun çəkilməsi ilə bağlıdır.

Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etdiyi vurğulanır. Ermənistan da maneəsiz və təhlükəsiz çıxışı təmin etməlidir”, – Prezident qeyd edib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki