image-2000x150px
image-123
image-ads_atlas
image-1640065827_azzbackend

Axşam.az-ın 9 yaşı oldu

image-728x90px

Bu gün Axşam.az portalının fəaliyyətə başlamasından 9 il ötür.

“5 Media” şirkətinə məxsus olan Axşam.az bu müddət ərzində ölkənin ən populyar və etibarlı xəbər resurslarından birinə çevrilib.

Portal Azərbaycanda və dünyada baş verən maqazin, dəb, tibb, incəsənət və mədəniyyətlə bağlı son xəbərləri işıqlandırır, tanınmış insanlarla müsahibələr yayımlayır.

Geridə qalan illər ərzində sayt böyük oxucu auditoriyasına yiyələnə bilib. Təsadüfi deyil ki, portal hazırda ölkənin ən çox oxunan internet resursları sırasındadır.

Qeyd edək ki, “5 Media” şirkətinin nəzdində Axşam.az-la yanaşı, Sabah.az və Qol.az saytları da fəaliyyət göstərir.

Doğru.az Axşam.az-ın kollektivini 9 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki