image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220114_114522_400backend

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Super Liqa klubundan ayrıldı

image-728x90px

Türkiyənin “Altay” komandasının baş məşqçisi Mustafa Dənizli postundan ayrılıb.

Doğru.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

72 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

Super Liqada 13 oyundur qələbəyə həsrət qalan komanda 20 oyuna topladığı 18 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Dənizli 2021-ci ilin aprelindən “Altay”ı çalışdırırdı. O, bu komandanı ötən mövsümün nəticələrinə əsasən 18 illik fasilədən sonra Super Liqaya çıxarmışdı. Təcrübəli mütəxəssis 2013/14 mövsümündə “Xəzər Lənkəran”a da rəhbərlik edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki