image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-6backend

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər

image-728x90px

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki