image-ads_n1karobka_mobile
image-1726808496backend

60-dan çox İsrail qırıcısı Tehranda onlarla hədəfə hücum edib

image-add-a-heading

İsrail ordusunun mətbuat xidməti bildirib ki, bu ölkənin hava qüvvələrinə məxsus 60-dan çox qırıcı təyyarə Tehranda onlarla hərbi obyektə zərbələr endirib.

“İranın Tehran bölgəsində bir neçə raket istehsalı obyekti gecə ərzində hücuma məruz qalıb”, – məlumatda deyilir .

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İranın Hayfa və Təl-Əvivdə İsrailin hərbi və sənaye obyektlərinə zərbələr endirib.

İsrailin cənubunda yerləşən Beer Şeva şəhərində Amerikanın Microsoft korporasiyasının ofisinin yaxınlığında İran raketinin düşdüyü barədə də məlumat var idi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki