image-2000x150px
image-123
image-ads_atlas
image-1679919512_0001backend

Qusar Şəhidlər Xiyabanıdakı KOBUD SƏHV

image-728x90px
Sosial şəbəkələrdə Qusar şəhərindəki Şəhidlər Xiyabanı ilə bağlı utancverici mənzərə paylaşılıb. Fotoda görünür ki, məşhur beytdəki “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” sözlərindən istifadə edilərkən ciddi səhvə yol verilib.

Beləki, həm “əgər”sözü unudulub. Bundan başqa “Torpaq” sözündən sonra vergül əvəzinə tre işarəsi qoyulub. Eləcə də “varsa” sözündən sonra vergül qoyulması da yaddan çıxıb.
“Doğru.az”-ın məlumatına görə, məsələ ilə bağlı Qusar rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının birinci müavini Şahid Fərəməzov Bizim.Media-ya bildirdi ki, vəziyyətdən xəbərsizdir:

“Sizin məlumatınızdan sonra məsələni araşdıracağıq. Baş vermiş yanlışlıq aradan qaldırılacaq. Hazırda bu işə məsul olan dizayenrimiz Bakıdadır, çalışacağıq ki, sabah qüsuru aradan qaldıraq. Və Sizə əlavə məlumat veriləcək”.

Biz isə öz növbəmizdə məsələni diqqətdə saxlayacağıq.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki