image-2000x150px
image-agd-2backend

Siyəzəndə əməliyyatlar zamanı səkkiz nəfər saxlanılıb – FOTO

image-728x90px

Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Doğru.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri – Rasim Abasov, Elçin Əliyev və Elvira Qafarova saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin əldə edilməsi, daşınması və saxlanılması ilə məşğul olan səkkiz nəfər saxlanılıb, həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rasim Abasov və Elçin Əliyevin barələrində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki