image-n1karobka_ads
image-123
image-resizebackend

Sumqayıtda sürət qatarı qadını vurdu

image-ad_qayo_720x110px

Bu gün 07:50 radələrində Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan sürət qatarı, Yeni Sumqayıt mənzilində dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edən qadını vurub.

Doğru.az xəbər verir ki, bu haqda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Nəticədə qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb.

Qeyd edək ki, sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki