Doğru.az xəbər verir ki, Şabranın “Bərəkət” komandasının yetirməsi olan Kamran karyerasının böyük hissəsini “Xəzər Lənkəran”da keçirib. Bu klubla 2007-ci ildə Azərbaycan çempionu, 2008-ci ildə Birlik kubokunun qalibi olub.
Həmçinin ölkəmizdə “Şəfa”, “Turan Tovuz”, “Bakı”, “Qəbələ” və “İnter”in, Türkiyədə “Kayserispor” və “Karşıyaka”nın, Portuqaliyada “Boavişta”nın və Çexiyada “Mlada-Boleslav”ın qapısını qoruyub.
2008-ci ildən Azərbaycan milli komandasında çıxış edən Kamran Ağayevin həmin il ölkəmizin ən yaxşı futbolçusu seçildiyini də bildirək.
Hazırda “Səbail”də çıxış edir.


























