Amerika prezidenti Donald Tramp andiçmə mərasimində çıxışı zamanı Meksika ilə sərhəddə yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və oraya qoşun göndərəcəyini vəd edib.
“Mən cənub sərhədimizdə fövqəladə vəziyyət elan edəcəyəm… və cənub sərhədinə qoşun göndərəcəyəm” dedi.
CNN daha əvvəl Trampın andiçmə mərasimindən sonra sərt immiqrasiya kampaniyasına başlayacağını bildirmişdi.
Reuters eyni zamanda Trampın prezidentliyinin ilk saatlarında 25-dən çox fərqli icra sərəncamı imzalayacağını bildirib.
DOĞRU.AZ