image-2000x150px
image-123
image-ads_atlas
image-599821ec-7ab0-349b-a58d-968d12bbd476_850backend

A Seriyası: “Yuventus” “Bolonya”nı məğlub edib  

image-728x90px

Oktyabrın 2-də Turinin “Alyans – “Yuventus” stadionunda İtaliya A Seriyasının VIII turunun matçında “Yuventus” “Bolonya”nı qəbul edib.

Qarşılaşma turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri ilk qolu 24-cü dəqiqədə vurublar – cinah müdafiəçisi Filip Kostiç Duşan Vlahoviçin ötürməsindən sonra fərqlənib. 59-cu dəqiqədə Vlahoviçin özü qol şansını reallaşdıra bilib. 62-ci dəqiqədə polşalı hücumçu Arkadiuş Milik hesabı darmadağın həddinə çatdırıb.

Bu qələbədən sonra “Yuventus” turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib, komandanın aktivində 13 xal var. “Bolonya” 17-ci yerdə qalıb, klub səkkiz görüşdən sonra cəmi altı xal toplaya bilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki