ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının saxlanması üçün Ukraynaya amerikalı mülki personalın göndərilməsi ideyasından onların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən imtina edib.
Doğru.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.
Qəzetin yazdığına görə, AB-nin əvəzində döyüş təyyarələrinin saxlanması üçün məsuliyyəti öz üzərinə götürəcəyi gözlənilir.
Həmçinin bildirilib ki, Polşa Ukrayna ərazisində ukraynalı hərbçilərə təlim keçməyəcək.
Bundan əvvəl The Washington Post F-16-nın qəzaya uğramasının Ukraynaya ciddi zərbə olduğunu bildirmişdi.
DOĞRU.AZ