image-2000x150px
image-123
image-ads_atlas
image-1616304362_6055f058ae5ac905210ff3db-2backend

ABŞ-da COVİD-19 virusundan 24 saatda 84 nəfər ölüb

image-728x90px

Doğru.az xəbər verir ki, ABŞ-da yeni tip koronavirus (COVID-19) epidemiyasında həyatını itirənlərin sayı son 24 saat ərzində 84 nəfər olmaqla ümumilikdə 601,825 nəfərə çatıb.

Cohns Hopkins Universiteti tərəfindən tərtib edilən məlumatlara görə, son 24 saat ərzində virus aşkarlananların sayı 3 min 867 artaraq 33 milyon 542 min 409 nəfərə çatıb. ABŞ-da karonavirusa yoluxanların sayına görə birinci yerdə Kaliforniya, ikinci yerdə Texas, üçüncü yerdə isə Florida durur.

Epidemiyada xəstəlik və ölüm sayına görə dünyada birinci yeri tutan ABŞ-ı 29 milyon 935 mindən çox yoluxma halı ilə Hindistan, 17 milyon 927 mindən çox yoluxma ilə Braziliya izləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki