image-n1karobka_ads
image-123
image-274801992_1125551451574957_5317244151521753192_nbackend

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlandı

ABŞ-da respublikaçı senatorlar Marko Rubio və Ças Qrassli Rusiyanın bütün dövlət müəssisələrinə qarşı genişmiqyaslı sanksiyaların tətbiqini nəzərdə tutan “Qeroyam Slava” qanun layihəsini təqdim ediblər.

Bu barədə senator Rubionun saytındakı bəyanatda deyilir.

Sanksiyalar Vladimir Putinin müharibələrini maliyyələşdirmək üçün Moskvaya məxsus və ya onun nəzarətində olan şirkətlərin ABŞ kapital bazarına çıxışına qadağa qoyulmasını nəzərdə tutur. Söhbət “Rosneft”, “Qazprom”, “Rosatom”, “Aeroflot” və “Russian Today” kimi şirkətlərdən gedir.

“Putin Moskvanın nəzarətində olan dövlət korporasiyalarının aldığı vəsaitlə Rusiyanın döyüş maşınına fəal şəkildə yanacaq verir. O, Ukraynaya hücum etdiyi bir zamanda heç bir Rusiya dövlət müəssisəsinin ABŞ kapitalına çıxışı olmamalıdır”, – deyə Rubio bildirib.

Mənbə: UNİAN

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki