“The Washington Post” qəzetinin rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat nəticəsində 70-dən çox insan ölüb.
Doğru.az xəbər verir ki, rəsmi mənbələr ABŞ hökumətinin Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədilə şənbə günü keçirilən hərbi əməliyyatda təxminən 75 nəfərin öldüyünə inandığını bildiriblər.
Xüsusilə, Maduronun Karakasdakı iqamətgahında baş verən atışma nəticəsində onlarla insanın həyatını itirdiyi qeyd olunur.
Daha əvvəl Venesuela hökuməti respublikanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olanların xatirəsinə yeddi günlük milli matəm elan etmişdi.
DOĞRU.AZ




























