image-ads_n1karobka_mobile
image-16158-1615872242backend

ABŞ-ın Deyr əz-Zordakı hava bazası atəşə tutulub, lakin mərmilər düşməyib

Suriyanın Deyr əz-Zor əyalətində qaz yatağı yaxınlığında yerləşən Amerika hərbi hava bazası atəşə tutulub, lakin atılan mərmilər bazaya dəyməyib.

Bu barədə “Reuters” iki amerikalı məmura istinadən yazır.

RİA Novosti xəbər verir ki , Suriyanın Deyr əz-Zor əyalətindəki qaz yatağında yerləşən Amerika aviabazasına atılan mərmilər bazaya dəyməyib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki qüvvələrinə qarşı istənilən hücuma cavab verəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki