image-ads_n1karobka_mobile
image-1728710050backend

ABŞ-ın Suriyadakı bazası son günlər ikinci hücuma məruz qalıb

Suriyanın şərqindəki Deyr əz-Zor yaxınlığında Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.

RİA Novosti-nin yerli mənbəyə istinadən verdiyi məlumata görə, o, son dörd gündə ardıcıl ikinci olub.

“Üç raket bazaya düşüb və içəridə güclü partlayışlar törədib, bundan sonra helikopterlər ərazinin üzərində səmaya qalxıb”, – deyə agentlik məlumat yayıb.

Bundan əvvəl Suriyadakı Amerika bazasına raket zərbələri endirilməsi barədə məlumat yayılmışdı.

Həmçinin ABŞ ordusunun müttəfiq Suriya qüvvələrini artilleriya atəşinə tutduğu da bildirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki