Suriyanın şimal-şərqindəki Həsəkə əyalətindəki ABŞ hərbi bazası hücumun hədəfi olub.
Bu barədə məlumatı İranın Mehr xəbər agentliyi mənbələrə istinadən yayıb . Hərbi bazaya konkret kimin hücum etdiyi açıqlanmır.
Bundan əvvəl “The New York Times” qəzeti ABŞ-ın İraq və Suriyadakı Amerika bazalarına hücumlara hazırlıqdan xəbər tutduğunu yazmışdı.
DOĞRU.AZ