ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ABŞ prezidentinə Rusiyanın suveren aktivlərini müsadirə etmək hüququ verən qanun layihəsini təsdiqləyib.
Qanun layihəsində bu aktivlərin Ukrayna və beynəlxalq təşkilatların xeyrinə verilməsi də nəzərdə tutulub.
Dövlət katibinə Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlərdən və ya Rusiya Federasiyasının digər xarici aktivlərindən istifadə etməklə Ukraynaya əlavə yardım göstərmək səlahiyyəti verilir, sənədin mətnində deyilir.
ABŞ-ın yurisdiksiyası altında olan suveren Rusiyanın aktivlərinin müsadirə edilməsi qərarı Amerika prezidentinin səlahiyyətində olacaq. Sonra müsadirə olunan vəsaitlər xüsusi “Ukraynaya dəstək fondu”na yerləşdiriləcək.
Qanun layihəsinə görə, “müsadirə edilmiş Rusiyanın suveren aktivlərinin bütün hüquqları, mülkiyyət hüququ və gəlirləri Ukraynaya dəstək fondunda saxlanıldığı müddətdə ABŞ hökumətinə veriləcək”.
Mənbə: CNN Türk