image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-09-29t151935z_1489807852_rc2fi3a0b3i8_rtrmadp_3_usa-congress-feinstein-pic_32ratio_1200x800-1200x800-69973backend

ABŞ Maliyyə Nazirliyi büdcə kəsirində kəskin artım qeydə alıb

image-728x90px

ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilinin sonunda 23% artaraq 1,695 trilyon dollar təşkil edib. 

Bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci maliyyə ilində büdcə kəsiri 1,375 trilyon dollar təşkil edib. Belə ki, il ərzində 320 milyard dollar artıb.Büdcə gəlirlərinin 9% azalaraq 4,439 trilyon dollara düşməsi kəsirin artmasının səbəblərindən biri olub. Xüsusilə, fərdi gəlir vergisi üzrə daxilolmalar 17% azalaraq 2,176 trilyon dollar təşkil edib.

Eyni zamanda, büdcə xərcləri cəmi 2% azalaraq 6,134 trilyon dollar təşkil edib. Dövlət istiqrazları üzrə faiz ödənişləri nəzərəçarpacaq dərəcədə – 23% artaraq 879 milyard dollara çatıb.ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, cari kəsir son illərin ən böyük kəsirindən biridir. Pandemiya dövründə yalnız 2020 və 2021-ci illərdə böyük idi. Sonuncu dəfə ABŞ büdcəsi 2001-ci maliyyə ili profisitlə bağlanmışdı.

Mənbə: Blommberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki