image-ads_n1karobka_mobile
image-fa287002-82ad-3781-b5d3-11f4bf54b398_850backend

ABŞ ordusu Suriyada əməliyyat keçirib, mülki şəxslər arasında ölənlər var

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar Suriyanın Deyr əz-Zor əyalətindəki Fərat çayının şərq sahilində əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Əməliyyat zamanı amerikalı hərbçilər yaşayış binalarına və köməkçi tikililərə atəş açıblar.

Şahidlərin dediyinə görə, əməliyyat zamanı azı üç mülki şəxs ölüb.

Oxşar əməliyyat Deyr əz-Zor əyalətinin şimalındakı Basitain və Əl-Jasemi kəndlərində də həyata keçirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki