image-n1karobka_ads
image-123
image-6942118f02e8bd59cc706cb8backend

ABŞ Pakistanı Qəzzaya hərbi kontingent göndərməyə təzyiq edir

image-ad_qayo_720x110px

Pakistan ordusunun baş feldmarşalı Asim Munir ciddi xarici siyasət dilemması ilə üz-üzə qalıb. Donald Tramp administrasiyası İslamabaddan beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində Qəzza zolağına Pakistan hərbi kontingenti göndərməyi tələb edir.

Doğru.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Asim Munir bu məsələni müzakirə etmək məqsədilə yaxın həftələrdə ABŞ prezidenti ilə görüşmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır.

Məlumata əsasən, missiyada iştirakdan imtina Tramp administrasiyasının sərt reaksiyasına səbəb ola, həmçinin Pakistanı mühüm Amerika investisiyalarından və təhlükəsizlik yardımlarından məhrum edə bilər. ABŞ-ın təklif etdiyi plan müsəlman əksəriyyətli qüvvələrin Qəzzanın bərpasına nəzarət etməsini və ən əsası HƏMAS-ın silahsızlaşdırılmasını nəzərdə tutur.

Lakin bu addım Pakistan daxilində ciddi narazılıq doğura bilər. Analitiklər hesab edirlər ki, İsrailə yardım kimi qiymətləndirilə biləcək bir missiya üçün Pakistan əsgərlərinin göndərilməsi genişmiqyaslı etirazlara və kütləvi iğtişaşlara yol aça bilər.

Xatırladaq ki, daha əvvəl İsrail hökuməti işğal olunmuş Qərb Şəriyəsində 19 yeni yaşayış məntəqəsinin yaradılması və qanuniləşdirilməsini təsdiqləmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki