image-2000x150px
image-123
image-ads_atlas
image-2023-08-30t121339z_827333374_rc2by2ap4z8w_rtrmadp_3_gabon-election-pic_32ratio_900x600-900x600-37471backend

ABŞ Qabona yardımı dayandırıb

image-728x90px

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ hərbi çevriliş kimi qiymətləndirilən avqust hadisələrindən sonra Qabona hərbi yardımı dayandırıb.

Miller bu barədə X sosial şəbəkəsində danışıb.

Onun sözlərinə görə, Qabon hökumətinə yardım proqramlarının əksəriyyəti dayandırılır.

“Humanitar yardım, səhiyyə və təhsil yardımı gəlməyə davam edəcək. Qalan yardım proqramlarının bərpası demokratiyanın bərpası üçün konkret tədbirlərdən asılıdır”, o bildirib.

Bundan əvvəl Qabonun devrilmiş prezidentinin xaricə getməsinə icazə verilmişdi.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki