image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2021-11-16t144049-670backend

ABŞ Türkiyəyə “F-16” satacaq?

image-728x90px

Türkiyə hərbçilərindən ibarət heyət ABŞ-da “F-16” qırıcılarının tədarükü üçün danışıqlar aparır.

Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Düşünürük ki, ABŞ rəhbərliyi bu məsələni müsbət qiymətləndirəcək. Əgər reaksiya mənfi olarsa, o zaman Türkiyə içində olduğumuz təhdid atmosferində öz təhlükəsizliyini təmin etmək üçün başqa alternativləri nəzərdən keçirməyə məcbur olacaq”, – deyə H.Akar parlamentdəki toplantıda bildirib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, amerikalı həmkarı Co Bayden ona ABŞ Senatını “F-16” qırıcılarını Türkiyəyə satmağa inandırmaq üçün mümkün olan bütün imkanlarından istifadə edəcəyinə söz verib.  Haber7

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki