image-n1karobka_ads
image-123
image-6892fc8502e8bd16cd0de326backend

ABŞ Ukraynaya 200 milyon dollardan çox hərbi yardım ayıracaq

image-ad_qayo_720x110px

Ukraynanın müdafiə naziri Denis Şmıxal bildirib ki, ABŞ Kiyevə 200 milyon dollardan (15,9 milyard rubl) çox hərbi yardım göstərməyə razılaşıb.

Doğru.az xəbər verir ki, bu yardım iki ayrı paket çərçivəsində təqdim olunacaq və M777 haubitsaları üçün avadanlıq, təmir və texniki dəstək, eləcə də yükdaşıma xidmətlərini əhatə edəcək.

Nazirin sözlərinə görə, bu paketlərin maliyyələşdirilməsi “Xarici Hərbi Satış” proqramı çərçivəsində tam şəkildə tərəfdaş ölkələr tərəfindən təmin ediləcək.

Xatırladaq ki, Denis Şmıxal daha əvvəl ABŞ və NATO müttəfiqlərinin könüllü töhfələri hesabına Ukraynanın silahla təmin olunacağını da bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki