ABŞ Ukraynaya yeni silah paketi ayırıb.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Yeni paketə raket əleyhinə qurğular, HIMARS MLRS üçün döyüş sursatı və artilleriya üçün mərmilər daxildir.
Paketin həcmi 200 milyon dollar təşkil edib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl bildirmişdi ki, Varşava Çexiyanın Ukrayna üçün sursat almaq təşəbbüsü üçün 50 milyon avro ayırıb.
Mənbə RT rusca