image-n1karobka_ads
image-123
image-686513e0ae5ac913de5159cbbackend

ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

Doğru.az xəbər verir ki, “The New York Times” nəşri ABŞ-ın Ukraynaya sursat və silah tədarükünü bir neçə aydır dayandırdığını yazıb. Məlumata görə, Prezident Donald Tramp ABŞ-ın silah ehtiyatlarının azalmasını səbəb göstərərək, bəzi hava hücumundan müdafiə sistemləri, dəqiq bomba və raketlərin göndərilməsini müvəqqəti dayandırıb.

Nəşr yazır ki, dayandırılan silahlar arasında “Patriot” hava hücumundan müdafiə sistemləri və F-16 qırıcıları üçün nəzərdə tutulan yüksək dəqiqlikli sursatlar da var. Bu qərarın cəbhədəki vəziyyətə necə təsir edəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi: “Kiyev rejiminə nə qədər az silah verilsə, xüsusi hərbi əməliyyatın sonu bir o qədər tez yaxınlaşacaq.”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki