image-n1karobka_ads
image-123
image-69424c5d02e8bd42542e4ad3backend

ABŞ və Aİ Ukrayna üçün birgə hərbi plan hazırlayıb – 800 minlik ordu və Avropa qüvvələri

image-ad_qayo_720x110px

“The New York Times” qəzeti ABŞ və Avropa İttifaqının Ukrayna ilə bağlı birgə planının təfərrüatlarını açıqlayıb.

Doğru.az xəbər verir ki, sənəddə Qərb müttəfiqlərinin Ukraynada iri miqyaslı ordu formalaşdırmaq və ölkə ərazisinə Avropa hərbi qüvvələrini yerləşdirmək niyyətində olduğu bildirilir. Planın əsas hədəfi Ukrayna Silahlı Qüvvələrinin sayını 800 min nəfərə çatdırmaqdır. Müəlliflərin fikrincə, bu addım “Rusiya üçün güclü maneə” rolunu oynayacaq.

Qəzetə danışan və adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib ki, sənəddə Kiyevin ehtiyac duyduğu hərbi texnikanın detalları da əks olunub.

Plana əsasən, Aİ-nin rəhbərliyi altında “səmada və dənizdə təhlükəsizliyi təmin edəcək” hərbi birləşmələrin Ukraynada yerləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, Ukraynaya dəstək məqsədilə ABŞ kəşfiyyat imkanlarından daha fəal istifadə olunması təklif edilir.

Qeyd olunur ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynadan təhlükəsizlik zəmanətləri ilə bağlı mümkün qədər tez razılığa gəlməsini tələb etdiyi bildirilib. “The Telegraph” qəzeti isə Vaşinqtonun Prezident Vladimir Zelenskiyə bu zəmanətləri qəbul etməsi üçün təzyiq göstərdiyini yazıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki