image-n1karobka_ads
image-123
image-iran_avropabackend

ABŞ və Avropa İranla razılaşma üçün avqustun sonunu son tarix kimi müəyyən edib

image-ad_qayo_720x110px

ABŞ, İngiltərə, Almaniya və Fransa İranla nüvə sazişinin əldə olunması üçün son tarix olaraq avqustun sonunu müəyyənləşdiriblər.

Doğru.az xəbər verir ki, bu barədə Axios nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, əgər bu müddətədək razılaşma əldə olunmasa, tərəflər 2015-ci il nüvə sazişinə əsasən ləğv edilmiş sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salmağı planlaşdırırlar.

Qərar ABŞ-ın dövlət katibi Marko Rubio ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi, Almaniyadan İohan Vadeful və Fransadan Jan-Noel Barrot arasında keçirilən telefon danışığı zamanı qəbul edilib.

Qeyd edək ki, iyulun 8-də İranın xarici işlər naziri Abbas Əraqçi Tehran rəhbərliyinin nüvə proqramı üzrə danışıqlara açıq olduğunu bəyan edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki