ABŞ və İsrail İrandan mümkün hücum xəbərlərinə görə silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə salıb.
Bu barədə “The New York Times” mənbələrə istinadən yazır.
Jurnalistlərin məlumatına görə, ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Bundan əlavə, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Bundan əlavə, onlar ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar.
İki İran rəsmisi nəşrə bildirib ki, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.
Mənbə: CNN