image-2000x150px
image-123
image-ads_atlas
image-17191271714626141356_1200x630backend

Abşeron rayonunda sursat aşkarlanıb – FOTO/VİDEO

image-728x90px

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Doğru.az-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 7×62 millimetrlik 83 mərmi, 5×45 millimetrlik 62 mərmi, 17 ədəd F-1 əl qumbarası və 17 ədəd UZRQM partladıcısı olduğu müəyyənləşib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

DOĞRU.AZ

image-17191271715455641299_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki