image-ads_n1karobka_mobile
image-ehghbackend

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 19-da saat 7 radələrində rayonun Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini F.Sadıxov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini P.Abdullayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki