image-ads_n1karobka_mobile
image-bicaqbackend

Abşeronda dörd nəfərə kəsici alətlə xəsarətlər yetirilib

İyulun 3-də saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı, övladı və əmisi aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki