image-n1karobka_ads
image-123
image-1e81b7c0-86da-30db-965b-96a021351369backend

Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

image-ad_qayo_720x110px

Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər müəyyən ediliblər.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 800 ABŞ dolları və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki