Abşeron rayonunda naməlum raket zərərsizləşdirilib.
Doğru.az “Report“a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri Rövşən Əliyev küçəsində qeydə alınıb.
Sakinlərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb və hər hansı yanğın hadisəsi baş verməyib. Raketin qalıqları polislərə təhvil verilib.


























