image-n1karobka_ads
image-123
image-h6v_1800backend

ADA Universitetində 2024-cü il məzun günü – FOTO

Doğru.az xəbər verir ki, 19 iyun 2024-cü il tarixində ADA Universitetində 2024–2025-ci tədris ili üzrə məzun günü keçirilib. Təntənəli mərasimdə bakalavr və magistr proqramlarını bitirən 784 tələbə diplom alıb. Tədbirə valideynlər, müəllim heyəti, dövlət və özəl qurumların nümayəndələri qatılıb.

Bayraq keçidi ilə başlayan mərasimdə əcnəbi tələbələr təmsil etdikləri ölkələrin bayraqlarını qürurla təqdim ediblər. ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxışında ilk dəfə doktorantura pilləsinə tələbə qəbulu elan olunduğunu və yeni ixtisasların məzunlarının uğurlarından danışıb.

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov tələbələrə uğurlar arzulayıb, biliklərlə yanaşı dəyərlərin əhəmiyyətini vurğulayıb. Məzunlar arasında yüksək nailiyyətlərlə seçilənlər tələbə heyəti adından çıxış edib.

Rektor Hafiz Paşayev universitetin milli və beynəlxalq dəyərlərə sadiq və dünyaya açıq vətəndaşlar yetişdirmə missiyasını bir daha qeyd edib, məzunları “ADA-lı” kimliyini daşımağa çağırıb. O, həmçinin universitetin gələcək planları və yeni ixtisaslar barədə məlumat verib.

Məzunların arasında 52 əcnəbi tələbə ABŞ, Rusiya, İran, Qazaxıstan, Pakistan və digər ölkələri təmsil edir. ADA Universiteti yüksək təhsil standartları və beynəlxalq mühit ilə gənc mütəxəssislərin yetişdirilməsində önəmli rol oynamağa davam edir.

DOĞRU.AZ

image-h6v_1842 image-h6v_1861 image-h6v_1867 image-h6v_1870

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki