image-n1karobka_ads
image-123
image-news_20241028021341backend

ADA Universitetində ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin görüşü keçirilib

image-ad_qayo_720x110px

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin builki növbəti görüşü noyabrın 26-sı onlayn formatda baş tutub.

Doğru.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, ADA Universitetinin prorektor və dekanları, habelə Corc Vaşinqton Universitetinin professor heyəti iştirak edib.

Görüş zamanı cari proqram yenilikləri, yeni tələbələrin cəlb olunması, müəllim heyətinin mübadiləsi, 2026-cı ildən yeni kurikulumun tətbiqi, doktorantura pilləsinə qəbul və ABŞ-yə səfərlərin planlaşdırılması müzakirə olunub. Həmçinin Kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar üzrə magistr proqramının dövlət proqramı çərçivəsində maliyyələşdirilməsinin perspektivləri də nəzərdən keçirilib.

Rəhbər Komitə üzvləri vurğulayıblar ki, ikili diplom proqramları tələbələrin akademik nailiyyətlərinin artırılması ilə yanaşı, Kompüter elmləri, Data analitikası və Elektrik-elektroenergetika mühəndisliyi üzrə peşəkar kadrların yetişməsinə böyük töhfə verir.

Qeyd edək ki, ADA Universiteti 2020-ci ildən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir. Bu proqramlara qəbul olunan 117 tələbədən 103-ü artıq məzun olub. Proqramlar vasitəsilə əldə olunan təcrübə əsasında ADA Universiteti müəllim heyətinin inkişafı üçün ilk doktorantura proqramına da start verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki