image-n1karobka_ads
image-123
image-189a1973backend

Adalia Media Agentliyi Milli Mətbuat Gününə həsr olunan “Sahibkarlıqda Media” adlı tədbir təşkil edib – FOTO

image-ad_qayo_720x110px

“Heydər Əliyev İli” çərçivəsində Adalia Media Agentliyi Milli Mətbuat Gününə həsr olunan “Sahibkarlıqda Media” adlı tədbir təşkil edib.

Tədbirdə rəsmilər, sahibkarlar, QHT rəhbərləri, ictimai xadimlər, media nümayəndələri birlikdə yer alıb. Tədbirin keçirilməsində əsas məqsəd medianın sahibkarlıqda nə qədər vacib olduğunu vurğulamaq, eyni zamanda yerli və beynəlxalq sahibkarlar arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək olmaqdan ibarət olub.
Tədbirə giriş sözü ilə aparıcı Xanlar Mehdiyev açılış edib. Adalia Media Agentliyi təsisçi direktoru Dilşad Əhədova çıxış edərək qonaqları salamlayıb. Agentliyin xidmətləri ilə qonaqları tanış edib, Adalia Business Club təqdimatını elan edib.
Tədbirdə çıxış edən qonaqlar – millət vəkili Razi Nurulluyev, Fransa- Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, Azərbaycan – Anqola Dostluq Evinin rəhbəri Billurə Bayramova Bernard, əməkdar jurnalist Mətanət Ağamirli, “Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri Nailə İsmayılova, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, Vəkillər Kollegiyasının üzvü Vüqar Cavadov, Yeni Çağ Media Agentliyinin rəhbəri Aqil Ələsgər, Azxeber İnformasiya portalının rəhbəri Hacibəy Heydərli, Doğru Az İnformasiya saytının rəhbəri İlqam Cəbiyev , BSC şirkətinin rəhbərliyi Zaur Mütəllimov, Adelina Cosmetics rəhbəri Günel Bayramova, Vitraj rəssam Gülçin Aslanlı medianın sahibkarlıqda və həyata keçirilən bütün layihələrdə önəmini vurğulayıb, Adalia Agentliyinə fəaliyyətində uğurlar arzulayıb.
Rəsmi hissə bitdikdən sonra tədbir intellektual oyunlar və şou proqramla davam edib.

Qalib olan qonaqlara Adelina Cosmetics, Gülçin Aslanlı və Chocolate Love İs bredindən hədiyyələr təqdim olunub.

Sonda xatirə fotoları çəkilib.

Adalia Media Agentliyinin fəaliyyət istiqamətində aşağıdakı xidmətlər yer alır
1. Sosial şəbəkələrin yaradılması və idarə olunması
2. Qrafik dizayn işləri
3. Peşəkar video və foto çəkilişlər
4. Logo və Brandbook hazırlanması
5. SEO xidməti
6. SMM xidməti
7. Veb saytların hazırlanması və texniki dəstək xidmətinin göstərilməsi
8. Veb dizayn işləri
9. Mobil əlavələrin hazırlanması
10. Bazar araşdırması
11. SWOT təhlilin aparılması
12. Biznes plan və biznes konsultasiya xidməti
13. Müxtəlif biznes təlimləri
14. Müxtəlif sənədləşmə xidmətləri ( tender, investisiya təşviqi sənədi, startap, qrant və s. )

DOĞRU.AZ

image-189a1757 image-189a1779 image-189a1782 image-189a1764 image-189a1752 image-189a1786 image-189a1804 image-189a1837 image-189a1907 image-189a1955 image-189a2030 image-189a2034 image-189a2040 image-189a2045 image-189a2152 image-189a1973

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki