Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü seçilib.
Doğru.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilir.
Məktubda vurğulanır ki, bu təyinat Adil Əliyevin kikboksinqin Azərbaycanda və regionda inkişafına göstərdiyi fəaliyyətlə əlaqələndirilir. Həmçinin qeyd olunur ki, Beynəlxalq İnkişaf Komitəsinə WAKO-nun birinci vitse-prezidenti Espen Lund rəhbərlik edir.
Komitənin başlıca məqsədi dünyada kikboksinq idman növünün inkişafı, yayılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və idmanda mükəmməlliyə nail olmağa xidmət edən təşəbbüslərin dəstəklənməsidir./musavat.com
DOĞRU.AZ


























