image-2000x150px
image-123
image-ads_atlas
image-6603ffb5960246603ffb59602517115381016603ffb5960226603ffb596023backend

ADY: Bayram günlərində ölkədaxili 15 mindən çox sərnişin daşınıb

image-728x90px

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19-26 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

ADY-dən Doğru.az-a bildirilib ki, artan sərnişin tələbatı nəzərə alınaraq bayram günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 25 reys təyin olunub və müvafiq marşrut üzrə 12 599 sərnişin mənzil başına təhlükəsiz və vaxtında çatdırılıb.

Həmçinin Bakı-Qəbələ-Bakı marşrutu üzrə də qatarlar gündəlik qrafik üzrə hərəkətdə olub və 2806 sərnişinə xidmət göstərilib.

Ümumilikdə bayram günlərində regionlara əlavə 37 reys xəttə təyin edilib və 15 405 sərnişin səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61 faiz çoxdur.

Qeyd edək ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə əsasən fəaliyyət göstərib və ümumilikdə 84 311 sərnişin daşınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki