image-n1karobka_ads
image-123
image-175195036650785681_1200x630backend

ADY qatarları yay qrafikinə keçir

“Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları 2025/2026-cı il yay qrafikinə keçəcək.

Doğru.az xəbər verir ki, bu dəyişiklik iyulun 10-dan etibarən qüvvəyə minəcək və həftənin iş günlərində dairəvi marşrut üzrə 10 reys müvəqqəti azaldılacaq.

Qrafikdən çıxarılan reyslər arasında Bakı–Sumqayıt–Pirşağı–Bakı xətti üzrə Sumqayıt stansiyasından saat 06:45, 10:35 və 11:30, Bakı Dəmiryol Vağzalından isə 09:30 və 10:30 reysləri yer alır. Həmçinin Bakı–Xırdalan və Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqamətləri üzrə bir sıra reyslər müvəqqəti dayandırılacaq.

ADY bildirir ki, bu tədbirlər 2025/2026-cı il tədris ilinə hazırlıq, infrastrukturun sağlamlaşdırılması və hərəkət təhlükəsizliyinin təminatı məqsədi daşıyır. Təmir işləri sərnişinlərin təhlükəsiz və rahat daşınmasına xidmət edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki