image-2000x150px
image-123
image-ads_atlas
image-img_20211116_235628_109backend

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfər edib – FOTOLAR

image-728x90px

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və futbol veteranı Vəli Qasımovla birgə o, aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

Ardınca E.Məmmədov Gəncə şəhərinin futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb, futbolun inkişafı, bölgələrdə kütləviliyinin artırlması istiqamətində fikir mübadiləsi aparılıb.

İcraçı vitse-prezidenti daha sonra şəhərdə AFFA-nın inşa edəcəyi Futbol Akademiyasının tikiləcəyi əraziyə, həmçinin süni örtüklü meydançanın quraşdırılması planlaşdırılan sahəyə baxış keçirib.

E.Məmmədov Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Turan Tovuz” oyununu da izləyib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

DOĞRU.AZ 

image-img_20211116_235618_279 image-img_20211116_235622_833 image-img_20211116_235628_109 image-img_20211116_235613_189

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki