image-n1karobka_ads
image-123
image-c404ac01-3fa9-3f5c-9546-c2c4dc14baa4_850backend

AFFA üç klubu cərimələyib

image-ad_qayo_720x110px

AFFA İntizam Komitəsi üç klubu cərimələyib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Səbail” – “Qarabağ” (1:2) və “Sabah” – “Turan Tovuz” (1:1) oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Səbail”lə görüşdə dörd futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimələnib. Qarşılaşmanın 66-cı dəqiqəsində qırmızı vərəqə alan ağdamlıların kapitanı Maksim Medvedevə birmatçlıq cəza verilib. Bu, “Qarabağ”ın daha 500 manat cərimə olunması ilə nəticələnib.

“Turan Tovuz”la ev oyunundan sonra meydana kənar şəxslərin daxil olması “Sabah”ı 800 manat ziyana salıb. Qonaq komandanın azarkeşlərinin oturduqları sektorda sındırılmış altı ədəd oturacaqla bağlı stadiona dəymiş zərərin “Turan Tovuz” klubu tərəfindən qarşılanması qərara alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki