image-2000x150px
image-123
image-ads_atlas
Aftandil Hacıyev: “Hakimin səhvlərinə görə 1/4 adlaya bilmirik”backend

Aftandil Hacıyev: “Hakimin səhvlərinə görə 1/4 adlaya bilmirik”

image-728x90px

“Rəqibi mərhələni keçmək münasibəti ilə təbrik edirəm. Ancaq təbriklə kifayətlənmək niyyətində deyiləm. Bilmirəm, bu, adətdir, yoxsa nədir. Amma ardıcıl ikinci mövsümdür ki, hakim səhvlərinə görə 1/4 final mərhələsini adlaya bilmirik”.


Doğru.az bildirir ki, bu fikirləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 finalında evdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.


Məşqçi bildirib ki, hakim səhvinə görə rəqibin qələbəsinə kölgə salmaq istəmir: “Fasilədən sonra biz hücumda daha aktiv idik. İlk oyunda da sayılmayan qolumuz oldu. Futbolçuların əsəbləri ilə bu qədər oynamaq olmaz. Bilmirəm, amma komandamızın oyunlarında hakim səhvləri çoxalır. İlk oyundakı qol da təmiz idi. İstəməzdim hakimlik üzərində bu qədər dayanım, amma məcburam. Yenə də deyirəm, “Sumqayıt”ın qələbəsinə kölgə salmıram. Bütün gücümüzü çempionata yönəldəcəyik.


Aftandil Hacıyev ardıcıl 4-5 matç oynadıqlarını xatırladıb: “Buna görə bəzi dəyişikliklərə zərurət var idi. Amil Yunanov da, Ruslan Hacıyev da bizim əsas oyuncularımızdır. Bəlkə də hesabı nəzərə alsaq, Yunanovu oyuna daha erkən buraxmaq olardı. Ancaq müdafiəçilərimiz də xeyli yorulmuşdu. İki hücumçuya keçdikdən sonra isə, əlavə vaxtı da nəzərə almaqla, 10 dəqiqənizi var idi. Təəssüf ki, qolumuzu gec vurduq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki