image-n1karobka_ads
image-123
image-67f9594602e8bd31b71fdb9cbackend

Ağ Ev: Aprelin 12-də Omanda ABŞ-İran danışıqları birbaşa olacaq

image-ad_qayo_720x110px

ABŞ və İran aprelin 12-də Omanda Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədi ilə birbaşa danışıqlar aparacaq.

Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

“İranlılarla danışıqlar birbaşa olacaq, mən bunu çox açıq şəkildə bildirmək istərdim”, – TASS onun sözlərindən sitat gətirir.

Levitt vurğulayıb ki, Vaşinqtonun danışıqlarda əsas məqsədi “İranın heç vaxt nüvə silahı əldə etməməsini” təmin etməkdir.

Bir müddət əvvəl Amerika lideri Donald Tramp bildirib ki, ABŞ və İran birbaşa danışıqlar aparır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki