image-n1karobka_ads
image-123
image-668c13fd02e8bd40bf7accffbackend

Ağ Ev bildirib ki, NATO Hind-Sakit okean regionuna genişlənməyib

image-ad_qayo_720x110px

ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib ki, NATO Hind-Sakit okean regionuna genişlənmir.

“NATO Hind-Sakit Okean regionunda genişlənmir, üzvlük prosesi yoxdur, NATO-nun bütün müdafiə və çəkindirmə vasitələri Avro-Atlantik zonada NATO müttəfiqlərinin ərazisində yerləşir”, – RİA Novosti ondan sitat gətirir.

Pentaqonun rəhbəri Lloyd Ostin də bundan əvvəl demişdi ki, NATO yaxın gələcəkdə daha da genişlənmək niyyətində deyil.

Mart ayında Rusiya prezidenti  Vladimir Putin  demişdi ki, NATO Şimali Atlantika Alyansı olmaqla Yaxın Şərq, Asiya-Sakit okean regionu və Latın Amerikasına genişlənir.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki