Amerika lideri Donald Tramp İran rəhbərliyi ilə dialoqa hazırlaşır; O, bu yaxınlarda Oman sultanı Heysəm bin Tarek Əl Səidlə bu mövzuda söhbət edib.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.
“İrana qarşı maksimum təzyiq kampaniyası davam edir, lakin bildiyiniz kimi, prezident İranla dialoq və məsləhətləşmələr görmək istədiyini açıq şəkildə bildirib”, – ABŞ hökumətinin sözçüsü vurğulayıb.
Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei demişdi ki, İslam Respublikası danışıqlarda ABŞ-a bədbindir.
DOĞRU.AZ