image-n1karobka_ads
image-123
image-676ecf7a02e8bd0d0b2eaec9backend

Ağ Ev Ukraynaya hava hücumundan müdafiə ilə bağlı yeni hərbi yardım paketini açıqlayıb

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, yaxın gələcəkdə ABŞ Ukraynaya yeni hərbi yardım, o cümlədən hava hücumundan müdafiə sistemləri ötürəcək.

“Yaxın bir neçə gün ərzində siz ABŞ-ın daha bir hərbi yardım paketini görəcəksiniz, o cümlədən Ukrayna üçün hava hücumundan müdafiə sistemləri”, – RİA Novosti onun sözlərini sitat gətirir.

Bundan əvvəl “The Washington Post” yazıb ki, Amerikanın seçilmiş lideri Donald Tramp Avropa ölkələrinə ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmini azalda biləcəyini açıq şəkildə bəyan edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki