image-n1karobka_ads
image-123
image-640c190ef3962640c190ef396316785144464a4489599c7035595bb3fdcf782f265abackend

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

image-ad_qayo_720x110px

Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə martın 10-da saat 22 radələrində şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Belə ki, Ağcabədi şəhər sakini, 1997-ci il təvəllüdlü Rövşənoğlu Fəqan Rövşən oğlu idarə etdiyi “Hyundai” markalı avtomobilində idarəetməni itirərək yolu piyada keçmək istəyən Axundov Əliş Ələkbər oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki