image-2000x150px
image-123
image-ads_atlas
image-17137613855868519033_1200x630backend

Ağdaşda internet xətlərini oğurlayanlar saxlanılıb – FOTO

image-728x90px

Ağdaş rayonu ərazisindən keçən internet xətlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Doğru.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Kamal Qədirov və İmran Cumayev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında böldükləri müəyyən edilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Çingiz Mirzəağayev, Anar Alıyev, Elmir Adıgözəlov və Gündüz Xəlilov saxlanılıblar. Onlardan marixuana və kultivasiya yolu ilə yetişdirilən çətənə bitkisi aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17137613851144916998_1200x630 image-1713761385350707994_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki